“Mançester Siti” ABŞ-ın “Nyu-York Siti” klubundan icarəyə götürdüyü yarımmüdafiəçi Frank Lempardla müqavilənin müddətini uzatmaq niyyətindədi.
Korner.az-ın məlumatına görə, Mançester təmsilçisinin rəhbərliyi ingilis futbolçunu mövsümün sonuna qədər komandada saxlamağı planlaşdırır.
Qeyd edək ki, hazırkı sözləşməyə əsasən Lempard yanvar ayına qədər “Mançester Siti”nin şərəfini qoruyacaq. ABŞ liqasında fasilə məhz yanvar ayında başa çatacaq.
