İngiltərənin “Çelsi” klubunun əfsanə futbolçusu Frank Lempard karyerasını sonlandırdığını açıqlayıb.
Korner.az-ın məlumatına görə, gələn təkliflərə rəğmən 38 yaşlı futbolçu 21 illik futbol karyerasını bitirmək qərarına gəlib.
İngilis futbolçu karyerası ərzində 852 matçda iştirak edib, 256 qol vurub. Əfsənə futbolçu 3 Premyer Liqa çempionluğu, 4 “FA Cup”, 2 Çempionlar Liqası, 1 UEFA Avropa Liqası kubokun və 2 Liqa kuboku qazanıb.
