"Çelsi"nin futbolçusu Frank Lempard dünən keçirilən "Barselona" ilə oyun haqda fikirlərini bölüşüb. Korner.az-ın məlumatına görə, ingilis futbolçu İspaniya zəfərindən danışarkən, finalda onlara rəqib olacaq komandalar haqda da, fikir söyləyib:
"İnanılmaz matç idi. Oyunun sonuna kimi mübarizə apardıq. Azarkeşlər üçün baxımlı futbol akınmadı ancaq, 50 dəqiqə 10 nəfərlə "Nou Kamp"da "Barsa"ya qarşı ancaq belə oynamaq olar. İkinci hissədə vaxt sanki getmirdi. Bizim gecəmizin olduğunu bilirdim və belə də, oldu. O ki, qaldı finaldakı rəqibimizin kimliyinə… "Real" (Madrid) və "Bavariya" hər ikisi böyük klublardı".
