Lempard futbolçulara qonaqlıq verdi
17.05.2019 , 20:56

İngiltərənin “Derbi Kounti” klubunun futbolçuları Çempionşipdə finala vəsiqə qazanmalarını içki məclisində qeyd ediblər.
Caab yarımfinal matçında “Lids Yunayted” üzərində 4:2 hesablı qələbədən sonra baş məşqçi Frenk Lempard komandanı bara aparıb.
Burada kollektiv üzvləri, ümumilikdə, 209 bakal pivə, 75 likör, 64 araq kokteyli və 1 dietik “Coca Cola” sifariş ediblər. Hesab isə 2800 funt sterlinq edib.
Qeyd edək ki, Derby County mayın 27-də “Uembli” stadionunda baş tutacaq finalda Aston Villa ilə qarşılaşacaq. Qalib komanda Premyer Liqaya vəsiqə qazanacaq. (goal.az)
