İngiltərə Premyer Liqasının V turu çərçivəsində keçirilmiş "Mançester Siti" – "Çelsi" matçı bir azarkeşin ölümünə səbəb olub.
Korner.az-ın məlumatına görə, Frenk Lempardın 13 il formasını geyindiyi "Çelsi"yə qol vurması Uqandada yaşayan 24 yaşlı Masana adlı fanatın ürəyini partladıb.
Lempardın vurduğu qoldan sonra vəziyyəti pisləşən Masana xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Masana Uqanda Premyer Liqasında çıxış edən "Simba" klubunun şərəfini qoruyurmuş.
