Lempard bu klubu çalışdıra bilər
08.04.2025 , 18:35

Ötən gün İvan Yuriçlə yollarını ayıran “Sauthempton” baş məşqçi axtarışlarına başlayıb.
Korner.az xəbər verir ki, klub bu posta Frenk Lempardı gətirməyi düşünür.
Bu barədə xarici KİV məlumat yayıb.
Lempard hazırda Çempionşip təmsilçisi “Koventri”ni çalışdırır. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
