“Nyu York Siti”nin ingilis futbolçusu Frenk Lempard ABŞ prezidentliyinə namizəd olan Donald Trampa rəğbətindən danışıb.
Korner.az-ın məlumatına görə, yarımmüdafiəçi namizədlərin çıxışlarını mütəmadi izlədiyini və Trampın platformasının daha yaxşı olduğunu deyib.
“Ən çox xoşuma gələn isə hətta qızlarımın da Trampın çıxışlarını müzakirə etmələridir. Əgər məktəbli yaşındakı uşaqlar məhz onun sayəsində siyasətlə maraqlanırlarsa, deməli, bu, çox yaxşı haldır. Trampı sevə, yaxud sevməyə bilərsiz, ancaq o, hamını onun haqqında danışmağa sövq edir”, – deyə Lempard bildirib.
