“Legiya” azarkeşləri Mahiri qiymətləndirdi
28.09.2021 , 11:31

“Legiya” azarkeşləri Mahir Emrelini “Rakov”la matçın ən yaxşısı seçiblər.
Korner.az-ın məlumatına görə, Legia.net saytındakı səsverməyə əsasən legionerlər arasında ən yaxşı futbolçu məhz Mahir Emreli seçilib. O, səslərin 6,53 faizini toplayıb.
Qeyd edək ki, Mahir “Rakov”la matçda bir baxımlı qol vurmuşdu. O, həmçinin bir neçə qol imkanından da yararlana bilməmişdi.
