Legionerindən gələn xəbər “Kəpəz”i sevindirdi
18.10.2023 , 12:27

“Kəpəz”in bir müddətdi zədəli olan futbolçusu Olavale Onanuqa məşqlərə başlayıb.
Korner.az-ın məlumatına görə, nigeriyalı futbolçu fərdi məşqlərlə bərpa prosesi keçir.
Təcrübəli yarımmüdafiəçinin “Zirə” ilə oyunda oynaması gözlənilmir. Lakin 12-ci turda onun meydana çıxması ücün hər hansı bir problem qalmayacaq.
