“Leççe”nin futbolçusu İngiltərə yolunda
23.01.2025 , 15:20

“Leççe”nin müdafiəçisi Patrik Dorqu karyerasını İngiltərədə davam etdirə bilər.
Korner.az xəbər verir ki, danimarkalı futbolçu ilə “Mançester Yunayted”in yaxından maraqlandığı bildirilir.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Xəbərə görə, tərəflər arasında hələ ki, danışıqlar davam edir.
“Qırmızı şeytanlar” oyunçunun transferi üçün İtaliya klubuna 30 milyon avro təklif edib.
Onun “Leççe” ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
