“Klivlend Kavalyers”in basketbolçusu Lebron Ceyms daha bir rekorda imza atıb. 33 yaşlı basketbolçu dünən bu nailiyyətə “San Antonio” ilə matçda yiyələnib.
“Kavalyers”in ağır forvardı karyerası ərzində 30.000 xal səddini keçib. Beləliklə o, bu səddi keçən ən gənc basketbolçu olub.
