"Klivlend Kavalyers"in basketbolçusu Lebron Ceyms NBA tarixində yeni rekorda imza atıb.
Korner.az-ın məlumatına görə, o NBA pley-offlarında ən çox xal atan oyunçu olub – 5995. Bununla da o, əfsanəvi Maykl Cordanı qabaqlayıb- 5987.
Lebron bu nəticəyə Şərq konferensiyası finalının 5-ci oyununda nail olub. O, "Boston"la matçda 35 xal yığıb..
