Leau “Milan”ı tərk edir?
02.06.2025 , 17:15

“Milan”ın vingeri Rafael Leau karyerasını Almaniyada davam etdirə bilər.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə bildirlib ki, 25 yaşlı futbolçunun xidmətində “Bavariya” maraqlıdır.
Bundesliqa nəhəngi yaxın zamanda oyunçu üçün təklif göndərməyə hazırlaşır.
Forvard özü də İtaliya klubunu tərk etməyi düşünür.
