Azərbaycan teleməkanının populyar futbol verilişi “TOP-TOP” matrın 8-də növbəti buraxılışı ilə futbolsevərlərin görüşünə gəlib.
Korner.az-ın məlumatına görə,Araz Əhmədovun budəfəki qonaqları “Aut.az” saytının rəhbəri Ceyhun Əzizli, “Kəpəz” klubunun futbolçusu Kərim Diniyev və FİFA hakimi Anar Salmanov olub.
Canlı yayımda Premyer Liqanın 24-cu turunun görüşlərini müzakirə edən qonaqlar, həmçinin bir çox suallara aydınlıq gətirib. “UltrAslan Azərbaycan” fan-klubunun rəhbəri olan Ceyhun Əzizlinin sensasion açıqlamalarına səhnə olan verilişdə Topaz Premyer Liqasında “Neftçi”nin düşdüyü durum geniş diskussiyaya səbəb olub.
Qeyd edək ki, “TOP-TOP” proqramı hər həftənin çərşənbə axşamı saat 19:00-da “CHATBOX” kanalında canlı yayımda efirə gedir. “CHATBOX” kanalı KATV kabel televiziyası və internet vasitəsilə yayımlanır.
