“Məğlub olmaq istəməzdik. Ancaq məğlubiyyəti tez görsək, o qədər tez səhvləri düzəldərik. Ümumilikdə, yaxşı oynadıq. Belə komandaya qarşı xeyli qol imkanları ldu. Futbolçularda həyəcan var idi. Yeni baş məşqçi ilə ilk oyun, ev oyunu amili var idi. Qarşıdaki oyunlar bundan da ağır olacaq.
– Araz Abdullayev və Elvin Yunuszadə niyə yox idi?
– Əfsuslar olsun ki, onlar kiçik xətaya yol verdilər, buna görə də iştirak ərizəsinə salmadıq.
– Ümumilikdə, oyunçulardan razı qaldınız?
– Oyunçulardan razı qaldım, həyəcanlı olmaqlarını gözləyirdim. Açığı bundan da zəif oynasaydılar, onları başa düşərdim. Nəyin üzərində işləmişdiksə, hamısın düzgün yerinə yetirməyə çalışdılar.
– Bəs nədən narazı qaldınız?
– İlk olaraq nəticədən narazı qaldım. İkinci məqam fərdi mübarizədir. Bu baxımdan bir qədər uduzduq. Bir iki epizod olsa, normal baxmaq olar, ancaq daha çox oldusa, bunun üzərində işləməliyik.
– Araz Abdullayev və Elvin Yunuszadənin etdiyi xəta onları Anyalya səfərindən edə bilər?
– Böyük xəta deyil, ola bilər, biri getsin, biri getməsin. Otelə qayıtdıqdan sonra ətraflı danışıb qərar verəcəm.
– Bizim futbolçular nə zaman hücumameyilli oyun oynayacaq?
– Müdafiə futbolu oynamadıq, oynamaq fikrimiz də yoxdu. 80-ci dəqiqədə mən heç kimə deməmişdim ki, geriyə ötürmə ver. Bunu bizim bu gün görməyimiz daha yaxşıdı. Mən düşünmürəm ki, müdafiə oyunu oynadıq. Qol epizodlarına baxsaq, görərik ki, arxaya ötürülən toplar sonradan rəqib cərimə meydançasına qədər çatırdı. Rəqib yaxşı müdafiə olundu.
– U21 yığmasının oyunu izlədinizmi?
– Oyunu canlı izlədim. Onların oyunundan da razı qaldım. Kənardan başqa cür görünə bilər. Məşqçinin istədiyi meydanda daha yaxşı yerinə yetirilsə, biz ondan razı qalırıq. Komandada nizam-intizam gördüm, yaxşı düşünülmüş hücumlar gördüm, orada da fərdi mübarizədə bir qədər məğlubiyyətlər var idi. Ancaq futbolçular da bilirdi ki, meydanda topsuz nə etmək lazımdı. Hər şey yaxşılığa doğru gedir.
– AFFA İcraiyyə Komitəsinin üzvü kimi düşünürmüsüz ki, bölgələrdə artıq akademiyaların tikilməsinin vaxtıdır?
– Bu istiqamətdə çoxdan işlər gedir. Ola bilər hansısa bölgələrdə zəifdi, çatışmazlıq var. Ümumən, bütün bölgələrə diqqət ayrılır. Əlbəttə, daha çox diqqət ayrılmalıdır. İcraiyyə Komitəsində o məsələni qaldırmağım düzgün çıxmaz, ancaq hər dəfə bu haqda danışırıq. Azərbaycan futbolunun gələcəyi üçün fikirlər bildirilir.
– Azərbaycan yığması Rəşad Sadıqova əvəzləyici axtarırmı?
– O hələ oynayır. Əlbəttə istəyərdim, həmişə oynasın, hər bir məşqçi istəyərdi. Əvəzləyici axtarıram desəm, düzgün çıxmaz, hər futbolçuya güvənirik, onların üzərində oyun qururuq. Lazım olsa, Rəşadı yenidən geri qaytaracağıq. Futboldu, hər şey ola bilər. Futbolçulara cəzalar olur, zədələr olur. Bu baxımdan bizə futbolçu lazımdı
– Sizə nə qədər vaxt tələb olunacaq ki, futbolçular müdafiədən hücuma keçə bilsin?
– Müdafiədən keçmək baxımından problem düşünmürəm ki, olsun. Top arxadan gedib rəqib meydançasına çıxırsa, demək ki, müdafiədən çıxa bilirik. Bunun üzərində işləyirik.
– Rəşad Sadıqovun tutduğu mövqe haqda, həm məşqçi, həm də futbolçu olmağı haqda nə düşünürsünüz?
– Heç bir lider elə belə yaranmır. Əgər o öz üzərində işləyirsə, lider olur. Bilsəydik ki, Rəşadın buna gücü çatmayacaq, ondan tələb etməzdik. Əgər biz uğursuzluqdan qorxsaq, heç bu addımı da atmaz idik. Heç bir lider hər hansısa, işə uğur qazanacam iddiası ilə gəlmir. Bu idmandırsa, burada uğursuzluq da olacaq. Mən bilsəm ki, uğursuz olsam, futbola nifrət edəcəm, karyerama son verərəm. Həmişə düzgün çalışmaq istəmişəm. Ola bilər hardasa gücümüz çatmadı, uğursuzluq qaçılmazdı. Ancaq ümumi uğursuzluqdan qorxmuruq.
