“Layiqli qələbə qazandıq”
03.12.2022 , 18:37

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XVI turunda “Səbail”lə ev oyununu şərh edib.
Korner.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra “CBC Sport”a açıqlamasında bunları deyib:
“Maraqlı, dinamik oyun alındı. Hava şəraiti də bizə zövq verirdi. Belə havada oynamaq futbolçular üçün xoşdur. Qol buraxandan sonra komanda toparlana bildi. Layiqli qələbə qazandıq. Yalnız 4-cü olmaq barədə düşünmürük. Mümkün olsa, uğurdur. Olmasa da, futbolçularımıza güvənirik”.
