“Layiqli qələbə qazandılar”
02.02.2022 , 19:41

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Səbail” səfərdə “Zirə”yə böyük hesabla uduzub – 0:4
Korner.az xəbər verir ki, komandanın baş məşqçisi Aftandil Hacıyev məğlubiyyəti belə şərh edib:
“Bizim üçün çətin oyun oldu. İlk hissəni pis keçirmədik. Bugünkü hesabın böyük olması “Zirə”nin daha dəqiq oynamasından irəli gəlirdi. Layiqli qələbə qazandılar. Bu nəticəyə rəğmən az da olsa ümidimiz var ki, mərhələni keçə bilərik”.
