big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

LAYİHƏ: Valideynlərinə görə məhv olan istedadlı futbolçular

02.09.2017 , 08:47

Korner.az və Sportfm.az saytlarının “Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?” layihəsi çərçivəsində on birinci yazısı

Klublarımızın lisenziyalaşdırmanın “A” dərəcəli meyarlarından olan “Gənclər futbolunun inkişafı” proqramını necə yerinə yetirdiklərinə həsr etdiyimiz layihə çərçivəsində “İnter” və “Qəbələ”də bu istiqamətdə görülən işlərdən söz açmışdıq. Bu dəfə isə bir vaxtlar Azərbaycan futbolunun əsas “istehsal” mərkəzlərindən olmuş Sumqayıtın eyniadlı klubunda sözügedən proqramın necə icra edilməsinə işıq salacağıq.

“Gənclər şəhəri”nin təmsilçisinin “Gənclər futbolunun inkişafı” proqramının icrasına Vaqif Paşayev məsuldur. Yəqin ki, ömrünün 35 ilini ölkə futboluna həsr edən, ölkə futboluna başda Rəşad Sadıqov olmaqla neçə-neçə futbolçu verən Vaqif müəllimin xüsusi təqdimata ehtiyacı yoxdur. Texniki Universitetin məzunu olan qocaman çalışdırıcı “A” kateqoriyalı məşqçi lisenziyasına sahibdir. 
Vaqif bəy deyir ki, “Sumqayıt”da istedadlı futbolçular var və yaxın gələcəkdə əsas komandaya legioner gətirməyə ehtiyac olmayacaq: “Əlimizdə yaxşı “materiallar” var, məşqçilər onların üzərində işləyirlər. Aşağı yaş qrupu üzrə komandalarımızda işləyənlər cavan məşqçilərdir. Doğrudur, təcrübələri azdır, ancaq onu deyə bilərəm ki, işləri qaydasındadır”. 
Klubun hazırkı “Gənclər futbolunun inkişafı” proqramının 3 illik olduğunu deyən Paşayev qeyd edir ki, müddətdə zaman-zaman dəyişikliklər edilir və bu, komandaların vəziyyətindən asılıdır: “Proqramımız əvvəlcə 5 illik idi, hazırda isə 3 illikdir. Əslində, proqramlarda hər dəfə dəyişiklər olur, təcrübəyə, komandalara baxırıq və dəyişiklik edirik. Bunların hamısı, bir növ, gənc və yeniyetmə futbolçuların inkişafından da asılıdır. Əgər onlar üçün də hər şey yaxşıdırsa, biz məşqçi heyəti olaraq proqramı mövcud duruma həyata keçiririk. İnanıram ki, gələcəkdə nəticə olacaq”.
Qısa zamanda nəticə – son illər Azərbaycan klublarına rəhbərlik edənlərin yoluxduqları “mərəzdir”. Əlbəttə, “Qarabağ”ın timsalında zaman da göstərdi ki, yalnız əzmlə, uzun illər çalışmaqla nəticə qazanmaq mümkündür. Qısamüddətli nəticə ardınca qaçanların isə aqibəti göz önündədir… Vaqif Paşayev də “Sumqayıt”da gələcəyə hesablanmış işlər görüldüyünü deyir: “Bizim əsas məqsədimiz, futbolçu yetişdirməkdir, nizam-intizam və peşəkarlıqdır. Bizdə nəticə ikinci plandadır.

Çünki belə olduqda işlər yolunda gedir. Gələcək üçün bu sistem daha yaxşıdır. Təbii ki, əsas proqramdı və ona uyğun hərəkət edirik. Gənc futbolçulara peşəkarlığı bir neçə üsulla aşılayırıq. Çünki futbolçu üçün iki məsələ xüsusilə vacibdir: peşəkarlıq və nizam-intizam. Birinci növbədə biz onlara bunu aşılayırıq. Futbolçu məşqə gəlirsə, bilməlidir ki, mütləq bacardığının ən yaxşısını ortaya qoymalıdır, hər gün artırmalıdır. Az da olsa, hər məşq futbolçunu mütləq inkişaf etdirməlidir və bu, kənardan da hiss olunmalıdır. Əgər kimsə məşqə deyib-gülməyə, vaxt keçirməyə gəlirsə, deməli, onun gələcək üçün də məqsədi yoxdur. Biz belə uşaqları komandada saxlamırıq. Təbii ki, onları xəbərdarlıqsız göndərmirik. Bir dəfə, iki dəfə lazım olanları deyirik, ancaq uşaq anlamırsa, biz onlarla işləmirik. Amma onu da qeyd edim ki, hazırda məşqinə ciddi yanaşmayan uşaq azdır”.

“Futbolçu olmaq istəyən hər kəs qərarı özü verməlidir”
Qocaman çalışdırıcı hesab edir ki, gənc futbolçunun inkişafında əsas məsələlərdən biri də valideyn amilidir və valideynlərə uşaqlarının gələcəyi ilə oynamamaları üçün çox önəmli ismarıc göndərir: “Biz məşqçilər çox əziyyət çəkirik. Bütün valideynlərdən xahiş edirəm ki, məşqçinin işinə qarışmasınlar. Əgər məşqçi uşağa bir şeyi, valideyn isə onu əksini deyirsə, onda uşaq da çaşqınlıqda qalır. Belə olduqda, həmin uşaq, potensialından aslı olmayaraq, inkişaf edə bilmir. Valideyn məşqçiyə güvənməlidir. Mən istəyirəm ki, uşaqlar özləri qərar verə bilsinlər. Lazım olan anda, ani qərarın labüd olduğu vaxtda uşaq valideynini axtarmamalıdır. Bir də görürsən, valideyn meydançanın kənarından uşağına qışqırır. Mən isə məşqçi kimi heç vaxt müdaxilə etmirəm. Çünki bizə lazımdır ki, o səhv etsin, bacardığı qədər səhv etsin ki, problemin nədə olduğunu bilək. Sabah o uşaq vacib qarşılaşmalarda tribunada valideynini axtaracaq ki, görəsən mən burda nə etməliyəm?

Bu baxımdan valideyn müdaxiləsi yolverilməzdir. Futbolçu olmaq istəyən hər kəs qərarı özü verməlidir. Bu gün uşaqların ən böyük problemlərindən biri budur: uşaq məşqçisi ilə atasının tapşırıqları arasında qalır, seçim edə bilmir. Kimə qulaq asacağını bilmir. Mən deyirəm, qatıq ağdır, atası evdə deyir ki, yox, qaradır. Mənim sözümə qulaq asmasa, futbol oynamır, atasının sözünə qulaq asmasa, evdə danlanır. Yaxşı, istedadlı futbolçuların çoxu valideynlərinə görə məhv olurlar. Kobud çıxsa da, bu böyük problemdir. Uşaqların özlərində qətiyyət olmalıdır, hər məsələ ilə bağlı valideynindən məsləhət almamalıdır. Bir misal da çəkim: uşaq işıqforun qırmızı və yaşıl işıqlarının mənalarını bilməlidir, özü qərar verməlidir ki, qırmızı işıq yanırsa, deməli, dayanıb gözləməliyəm, o anda valideynim əlimdən tutub zorla yolu keçirməyə çalışsa da, dayanmalıyam. Bizim zamanımızda valideynlər bilmirdilər ki, uşaqları hansı komandada oynayır. Hər şeyi özümüz edirdik. Valideyn anlamalıdır ki, əgər güclü məşqçi olsaydı, elə məşqçi işləyərdi. Belə hallarla rastlaşdıqca biz də yoruluruq. Ona görə də, mövcud olan ən böyük problemlərdən biri kimi də bunu qeyd etmək istəyirəm”. 
Pedaqogikada tərbiyə əsas elementlərdəndir və Vaqif bəy bu məqama da xüsusi toxunur. Deyir ki, bu məsələdə valideynin üzərinə daha böyük məsuliyyət düşür: “Uşağın futbolçu, şəxsiyyət kimi yetişməsində biz də rol oynayırıq, amma valideynlərin nəzarəti daha çox olmalıdır. Valideynlər uşaqlara telefon alır, bütün elektronika cihazları ilə təmin edirlər. Ancaq bu böyük səhvdir. Bu alətlər uşaqları uçuruma aparır. Onlar iti qərar verə bilmirlər. Uşaqlar məşqə telefonla gəlir, telefonla gedir. Tək fiziki yox, zehni məşq də lazımdır. Elektronika cihazları ilə uşaqların beyni potensialından daha aşağı səviyyədə işləyir. Futbolda isə təkcə fiziki amillər rol oynamır, həm də fikirləşmək, düşünmək lazımdı, iti qərar vermək lazımdır. Məsələn, mən topu qəbul edirəm və görürəm ki, qarşımdakı oyunçu mənə kobud müdaxilə edəcək. Bu anda tez qərar verməliyəm ki, zədələnməyim. Baxın, bütün bunların olması üçün uşaqların beyni mümkün qədər tez işləməlidir”.


“Məşqçilik elə peşədir ki, onu öyrətmək olmur, öyrənmək olur”
Futbolumuzdakı problemlərdən söz düşmüşkən həmsöhbətimiz məşqçilikdəki çatışmazlıqları sadalayır və gənc həmkarlarına öz üzərlərində daha çox çalışmağı tövsiyə edir: “Bizim çox yaxşı, istedadlı çalışdırıcılarımız var. Ancaq onlar arasında az da olsa, öz işinə məsuliyyətlə yanaşmayan cavan kadrlar var. Məşqçilik elə peşədir ki, onu öyrətmək olmur, öyrənmək olur. Futbolda məşqçilik çox çətindir. Məsələn güləşdə, taekvandoda və s. bu kimi təkbətək idman növlərində bir sən olursan, bir də yetirmən. Ancaq futbolda, eləcə də digər komanda oyunlarında bu belə deyil. 11 nəfərdən vəhdət yaratmaq üçün yaxşı rəhbər olmaq lazımdır. Psixologiyanı, pedaqogikanı yaxşı bilməlidilər. Hər fərdə ayrı cür münasibət bəsləmək lazımdır. Uşaqların evdə fərqli tərbiyə alırlar. Mən yetirmələrimin arasında Rəşad Sadıqova bir cür yanaşırdım, Ceyhun Sultanova tamam başqa formada. Çünki hər insan fərqlidir. Hərə bir ailədən gəlir və müxtəlif tərbiyə alır. Hamıya eyni davranmaq olmaz. Bir nəfərin xoşuna gələn davranış digərinə xoş olmaya da bilər. Bütün bu incəlikləri bilmək lazımdır. Bizim problemlərdən biri də budur. Hər uşağa mütləq fərdi yanaşmaq lazımdır. Hər işdə zəif mütəxəssis olur. Heç kim hansısa işə tam yiyələnə bilməz. Bizim məşqçilər də hələ ki cavandırlar. Ancaq inkişaf etməlidirlər, hər dəqiqə öz üzərlərində işləməlidilər, ədəbiyyatlar oxumalıdılar, digər ölkələrin təcrübələrindən nümunə götürməlidilər”. 
Vaqif bəyin bu mövzuda ürəyi dolu imiş və söhbətinin davamı məşhur “Atalar və oğulları” xatırladır: “Səhvlər təbii ki olacaq, məndə də olub. Səhvlərdən nəticə çıxaran cavanlar özlərini inkişaf etdirəcəklər. Ancaq bəzi həmkarlarımız təcrübəli məşqçilərin məsləhətlərinə əhəmiyyət vermirlər. Deyirlər ki, onun, yəni bizim dediklərimiz o vaxt keçərli olub, indi başqa cürdür. Belə düşünənlər heç vaxt yaxşı məşqçi ola bilməyəcəklər. Rəhmətlik Ruslan Abdullayev həmişə deyirdi, hər dəfə Vaqifi görəndə bilirəm ki, qaçıb nəsə soruşacaq. Mən həmişə maraqlanırdım, yeni nəsə öyrənmək istəyirdim. O adam mənim üçün dahi idi.

Ondan çox şey öyrənmişəm. İndiki məşqçilərdən bəziləri belə məqamlara əhəmiyyət vermir. Məşq prosesində kənarda otururam, heç biri gəlib soruşmur ki, uduzmuşuq, problem nədədir, fikrinizi deyin, birlikdə nəticə çıxaraq. Cavan məşqçilərin bəzisi çox özündənrazıdır ki, bu da onların ziyanına işləyən amildir. Belə xüsusiyyətlərə malik gənc məşqçi heç vaxt püxtələşməyəcək, böyük uğurlar əldə edə bilməyəcək. Bu səbəblərə görə bizdə futbolçu yoxdur, yetişmir. Rəşad Sadıqovdan sonra Azərbaycan futbolunda öz sözünü deyən futbolçu yetişməyib. Gedib məşqçilik kateqoriyası alırlar, elə bilirlər ki, artıq dahidirlər. Hər kateqoriyası olan dahidirsə, ölkədə futbolçu qıtlığı olmamalıdır. Bizdə isə vəziyyət məlumdur. Bizim vaxtlarda kateqoriya yox idi, məşqçinin ortaya qoyduğu iş var idi. Mənim “A” kateqoriyam var, “Pro” da ala bilərəm. Ancaq istəmirəm, çünki önəmli olan kateqoriya deyil, məşqçinin öz təcrübəsi, öz çalışqanlığıdır. Bu dediklərim hər sahədə keçərlidir. Bu məsələnin həll yolu nədədir? Oxumaq, araşdırmaq, keçmişdən nəsə götürmək, müasir futbolu analiz etmək lazımdır. Şübhəsiz ki, hər şeyi yox, uyğun olanı. Məşqçi öz üzərində işləsə, irəli gedəcək, yox, əgər bunlar olmasa, “Pro” kateqoriyası da bir şey deyil. Biz sovet məktəbi ilə işləyirdik, indi də işləyirəm. Bizim keçdiyimiz məktəb dünyada ən yaxşılardan biri idi. Bu məktəblə almanlar, ispanlar, ingilislər də işləyir. “Lobanovski məktəbi”ndən çox şey öyrənmək olar. Mən onu dahi mütəxəssis hesab edirəm. Ancaq bizimkilər deyir ki, onun dövrü keçib gedib. Necə yəni, indi biz ağıllıyıq, ispanlar, almanlar ağılsız? Hər mütəxəssisdən, az da olsa, nəsə götürmək lazımdı”.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top