big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

LAYİHƏ: “Zirə”nin koordinatoru uşaq məşqçilərindən şikayətləndi: “Bəzən elə fantastik şeylər istəyirlər ki…”

15.09.2017 , 08:06

Korner.az və Sportfm.az saytlarının “Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?” layihəsi çərçivəsində on beşinci yazısı.

Klublarımızın Lisenziyalaşdırma prosesində yerinə yetirməli olduqları meyarlardan biri – “Gənclər futbolunun inkişaf” proqramına həsr etdiyimiz layihə çərçivəsində “Qəbələ”, “Neftçi”, “İnter” və “Sumqayıt” klublarında görülmüş və görüləcək işlər haqqında ötən yazılarımızda məlumat vermişdik. Bu dəfə növbə “Zirə” komandasınındır. Paytaxt təmsilçisinin gördüyü işlər haqda danışacağıq.

“Zirə”nin bu istiqamətdə gördüyü işlərin koordinatoru Adil Şükürovdur. Müsahibimiz hazırkı vəzifəsindən öncə “Zirə”nin baş məşqçisi kimi işləyib və komandaya debüt mövsümündə gümüş medal qazandırıb.
Adil bəy qeyd edir ki, klubda iki illik proqram işlənib hazırlanıb: “Komandalarımız həmin proqrama uyğun olaraq işləyir. Məşqçilərimiz də onlara təhkim edilən vəzifələr əsasında işləyirlər. “Zirə”də iki illik proqram hazırlanıb. Bütün məşqlərimizi bu proqram əsasında qururuq. Uşaqlarımızın inkişafı üçün çalışırıq. Bu il akademiyanın daha da inkişafı üçün vacib məqamlardan olan komandaların komplektləşdirilməsi ilə bağlı işlər görürük. Çünki komandalar dağınıq olanda diqqəti bir yerə cəmləmək də olmur. Buna görə də, beş komandamızın beşində də komplekt halı axtarırıq. Bundan əlavə, hazırda bizimlə çalışan məşqçilərin kateqoriyalarına fikir veririk. Mümkün qədər UEFA standartlarına cavab verməyə və bu istiqamətdə bir çox məsələni yoluna qoymağa çalışırıq. Bizim üçün daha vacib olan nüanslardan biri də aşağı yaş qruplarında işləri qurmaqdır. Çünki hər bir akademiyanın bazası aşağı yaş qruplarından başlayır. Hal-hazırda ən böyük problemlərimiz bu istiqamətdədir. Futbolçularımızın sayı azdır, istənilən işi görmək olmur. Yuxarı yaş qruplarına qalxdıqca aşağı yaş qruplarında uşaqların sayı azalır. Ona görə də biz klub olaraq əsas prioritetlərdən biri kimi aşağı yaş qrupları üzrə komandaları götürmüşük. Bu problem olduğuna görə liqalarımızda oynayan komandaların sayı 10, ya da 12-dir”
Təcrübəli mütəxəssisin sözlərinə görə, hazırda klubun üzləşdiyi başlıca problemlərdən biri də kütləvilikdir və bu yöndə də ciddi işlər görülür: “Proqram çərçivəsində bir neçə istiqamət üzrə işləyirik. Bunlardan başlıcası seleksiyadır ki, bu yöndə də hazırlıqlarımızı tamamlamışıq və müəyyən işlər də görmüşük.

Klubumuzdakı gənc futbolçuların sayını daha da artırmaq istəyirik. Aşağı yaş qrupları üzrə komandalarda ən vacib məsələlərdən biri kütləvilikdir. Bunu təmin etməyə çalışırıq. Bəzi işləri həyata keçirmişik, ancaq elə məsələlər də var ki, onları çempionat başlayandan sonra həll edəcəyik. Bundan başqa, bəzi stadionlar var, danışıb razılıq əldə edə bilsək, öz klubdaxili çempionat keçirəcəyik. Bu addım bizə futbolçuları yaxından izləməyə kömək edəcək. Əsasən 2008/2010-ci illər təvəllüdlü uşaqlara üstünlük veriləcək. Ümumilikdə, bu proqramı işləyib bir ilə tamamlamaq fikrindəyik. Əgər uğurla bitirə bilsək, gələcəkdə işlərimizi daha da genişləndirməyi düşünürük. Stadion bizim üçün əsas problemlərdəndir. Çalışırıq ki, bu problemi də yoluna qoyaq. Başqa çətinliklər də var, bunların olması normaldır. Məsələn, istədiyimiz məşqçiləri komandalarımıza dəvət edə bilmirik. Daha güclü, yaxşı mütəxəssislə hər klub əməkdaşlıq etmək istəyər. “Zirə”də hazırda yaxşı məşqçilər var, ancaq yenə də daha yaxşılarını “Zirə”yə cəlb etmək üçün çalışırıq. Səviyyəli məşqçiləri cəlb edə bilməməyimiz əksər vaxtlarda maliyyə ilə bağlı olur. Bəzən elə fantastik şeylər istəyirlər ki, klubun bunu qarşılaması mümkün deyil”.
Müsahibimiz futbolçuları yetişdirmək üçün hansı məsələyə diqqət verdiklərini də açıqladı. Adil Şükürovun fikrincə gənc oyunçularda texniki bacarıqların inkişaf etdirilməsi mütləqdir: “Uşaqların yetişməsi üçün aşağı yaş qruplarının düzgün inkişafına diqqət yetiririk. Futbola yeni başlayan hər bir uşağın “təməli” düzgün qoyulmalıdır. Biz bunu uşaqları lazımsız işlərdən uzaq tutmaqda görürük. Biz UEFA-nın seminarlarında da, digər tədbirlərdə də bunu demişik, müzakirə mövzusuna çevirmişik. Aşağı yaş qruplarında uşaqlar üçün ən vacib məsələ onların texniki bacarıqlarının inkişaf etdirilməsidir. Komandalarımızda bu istiqamətdə işlər görülür.

Bu məqsədlə məşqçilərimizə proqram vermişik, onları bu yöndə istiqamətləndirmişik. Məşqçilərdən tələb edirik ki, uşaqlara yalnız topla düzgün davranışı aşılasınlar. Bunların hamısı getdikcə inkişaf olunan və bir qədər zaman isətəyən məsələdir. Müəyyən bir vaxt da lazımdır. Bütün yaş qruplarında işimizi daha da mükəməlləşdirməyə çalışırıq. 15-16 yaşdan sonra oyunçularımızda fiziki hazırlığı artırmaq planlarını nəzərdə tutmuşuq. Onların üzərində işləyirik. Yetişən futbolçularda isə texniki-taktiki bacarıqların daha da mükəmmələşdirməyə çalışırıq”.
Adil bəy deyir ki, inkişafla nəticə bir-biri ilə vəhdət təşkil etməlidir. Gənc koordinatorun sözlərinə görə, futbolçuları düzgün yetişdirmək gələcəkdə qazanılacaq uğurlu nəticələrin açarıdır: “Həm nəticə, həm də futbolçunun yetişməsi bir-birinə bağlı olan amillərdir. Yəni kimsə desə ki, mənə yalnız nəticə lazımdır, ya da əskinə, bu, düzgün olmaz. Aydın məsələdir ki, nəticə futbolçunun inkişafı ilə birlikdə gəlir. Futbolçu inkişaf etməsə, yaxşı oynamasa, nəticə də olmaz. Uşaqları düzgün yönlədirə bilsək, inkişaf etdirsək, nəticə də gələcək. Bizim üçün əsas vacib məsələ uşaqların düzgün inkişaf yolu keçməklə nəticə qazanmasıdır. Bəzi klublar var ki, komandadakı durumun fərqinə varmadan nəticə tələb edirlər, bu çox böyük səhvdir. Biz “Zirə”də nəticə qazanmaq üçün çalışmırıq. Futbolçularımıza düzgün futbol oynamağı aşılamaqla nəticə gözləyirik. Yoxsa, oyunçularımız bizim tələblərimizi yerinə yetirməzsə, təbii ki, nəticə də olmayacaq. Belə durum bizi də qane etmir. Ona görə də məşqçilərə də tövsiyəmiz düzgün inkişaf yollarını axtarmaqdır”. 
Adil bəy uşaq-gənclər futbolunun əsas problemlərindən bəhs edərkən, ənənəvi məhəllə futbolunun diqqətdən kənarda qaldığını təəssüflə vurğulayır. Deyir ki, AFFA-nın bu istiqamətdə işlər görməsinə baxmayaraq, sözügedən məsələyə nəzarət edən məsul şəxsin və ya qurumun yoxluğu böyük problem törədir: “2000-ci illərin əvvəllərində Azərbaycan futbolunda müəyyən kütləvilik var idi. Ancaq indi diqqət yetirsək, görərik ki, kifayət qədər kütləvilik yoxdur. Mən deyərdim ki, hazırda ölkə futbolunda əsas boşluqlardan biri də budur. İllər keçdikcə kütləvilik azalmaqdadır, bizim gördüyümüz budur və bu, məni qane etmir. Çünki hesab edirəm ki, ən mənfi məqamlardan biri də məhəllə futbolunun zaman keçdikcə yox olmaq təhlükəsi ilə üz-üzə qalmasıdır. Baxmayaraq ki, stadionlar var, amma bu məsələ ciddi problemə çevrilib. AFFA-nın bir neçə məhəllədə inşa etdiyi stadionlar var, onların bəzilərində nəzarətçi yoxdur. Həmin meydançalar boş qalıb və yaxud futbol oynamaq üçün istifadə olunmur. Bəlkə də, bunun səbəbi kadr çatışmazlığıdır, ya da başqa bir şeydir. Mən bu səbəbdən deyirəm ki, 2008-2010-cu il təvəllüdlü uşaqlar arasında kütləvilik yaratmaq istiqamətində işləyirik. Futbol elə sahədir ki, burada kütləvilik daim olmalıdır. Bizim məqsədlərimizdən biri də kütləviliyi artırmaqdır”.
Adil Şükürov sonda klubda müşahidə olunan inkişafla bağlı danışır: “Ötən illərə baxanda təbii ki, inkişaf var. Bizim 5 komandamız eyni yerdə məşq edir. Keçən ilə nisbətən hər məşqdən sonra uşaqlara çay və müəyyən qidalar veririk. Bunun da uşaqlar üçün faydası böyükdür. Əgər futbolçu məşqdən sonra qida qəbul edərsə, itirdiyi enerjinin 50-70%-i bərpa olunur. Valideynlərlə də əlaqə saxlayırıq və lazımi tövsiyələr edirik. Gələcək üçün daha çox inkişaf istəyiriksə, infrasturktura mütləq şəkildə diqqət yetirməliyik. Bu problem bizim əksər klublarımızda var. Ən vacib olan bu sahəyə xüsusi olaraq yanaşmaq və bir-bir problemləri aradan qaldırmaqdır”.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir


Son yazılar

To Top