big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

LAYİHƏ: “Qarabağ”ın gec qalan gəncləri!

19.09.2017 , 18:30

Korner.az və Sportfm.az saytlarının “Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?” layihəsi çərçivəsində on yeddinci yazısı.

Son illər Azərbaycan futboluna damğasını vuran “Qarabağ”da gənclər futbolunun inkişafı ilə bağlı hansı işlər görülür? Hər yönü ilə Avropaya can atan Ağdam klubunun gələcəyi olan yeniyetmə oyunçular hansı proqramla çalışır? Klubda uşaq futboluna nəzarət edən makedoniyalı mütəxəssis Borçe Xristovdan bu suallara cavab tapmağa çalışdıq:
“Məşqçi kimi böyük təcrübəyə malikəm. Bir neçə yerdə bildiklərimi nümayiş etdirmək üçün şans qazanmışam. İlk olaraq doğma vətənim Makedoniyada vəzifəmi icra etmişəm və karyeramın böyük hissəsini orada keçirmişəm. Mənim ölkəmin futbolu ağır günlər yaşayıb. Biz Yuqoslaviyanın tərkibindən çıxdıqdan sonra hər şeyi sıfırdan başlamalı olduq. Makedoniyada fəaliyyət göstərən akademiyalarda və bir neçə klubda çalışmışam. Yüksək liqada oynayan “Vardar” komandasında, “Şkendiya” klubunda və s. yerli komandalarda çalışmışam. Makedoniyanın 17 yaşlılardan ibarət yığma komandasının da məşqçisi olmuşam. 

Karyeramın sonrakı illəri Azərbaycanla bağlıdır. Sizin ölkədə uzunmüddətli iş təcrübəm var. Azərbaycanda 6 il çalışmışam və hələki burdayam. İlk olaraq, “Bakı” çempion olanda iki il orada işləmişəm. Həmin vaxtlar paytaxtın eyniadlı komandası çox güclü idi. Təəssüflər olsun ki, başladığımız işi sona çatdıra bilmədik. “Bakı”dan ayrıldıqdan sonra məni Azərbaycana Qurban Qurbanov dəvət etmişdi. Bundan sonraki iki il ərzində “Qarabağ”da Qurban Qurbanovun yanında köməkçi məşqçi funksiyasını yerinə yetirmişəm. Daha sonra il yarım akademiyanın idman direktoru kimi fəaliyyət göstərmişəm və hazırda da ölkə çempionu – “Qarabağ”da “Gənclər futbolunun inkişafı” üzrə koordinatoram. Növbəti illərdə burada üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə cəhd edəcəm. 
Təcrübəli mütəxəssis hazırda Azərbaycan futbolunda əsas söz sahibi olan “Qarabağ”da bu sahənin inkişafı üçün görüləcək işlərdən də danışdı:”Biz klubda gənclər futbolunun səviyyəsini qaldırmaq istəyirik. Ümumiyyətlə, bütün məşqçilərin əsas hədəfi mövcud durumu daha da yaxşılaşdırmaqdı. Mənim də əsas məqsədlərimdən biri budu. Gələcəkdə bu istiqamətdə uğur əldə etmək istəyiriksə, indidən “qolları çırmalamalıyıq”. “Qarabağ” artıq Çempionlar Liqası qrup mərhələsində mübarizə aparır. Belə nəticələr sadə uğur hesab edilə bilməz. Buna görə də, bizə daha ciddi və səylə çalışmalıyıq. Komanda olaraq bütün diqqətimiz Çempionlar Liqası matçlarına və ona hazırlığa yönəlib. Bu sadəcə “Qarabağ” üçün deyil, ümumi Azərbaycan futbolu üçün də vacib məqamdı. Çünki hər ölkənin çempionu Çempionlar Liqasında oynamaq şansı qazanmır. Fikir vermisinizsə, bu turnirdə çox istedadlı gənc komandalar var. Bizim üçün isə olan yeni təcrübədi və gələcək üçün də bu təcrübədən istifadə edəcəyik. Avropanın ən nüfuzlu turnirində öyrəndiklərimizi akademiyada digər futbolçularımıza tətbiq edəcəyik. UEFA qaydalarına görə komandada ən azı iki il çalışmış məşqçi 19 yaşlı gənclərimizi turnirə çıxara bilər və biz də bu qaydalara uyğun hərəkət edirik”.

“Bunu rəhbərlikdən soruşmaq lazımdır”
Əvvəllər Makedoniyada gənclərə futbolun sirlərini öyrədən Xristov “Qarabağ”ın proqramından söhbət açmağı da unutmadı:“Hazırda komandamız gənclər futbolunun inkişafı üçün hazırlanmış xüsusi proqram üzrə işləyir. Proqram bir il müddətinə nəzərdə tutulub. Əslində bilmirəm niyə məhz, bir illik proqrama üstünlük verilib. Bunu rəhbərlikdən soruşmaq lazımdı. Gələcəkdə dəyişiklik ola bilər, ancaq hələki bu proqram üzrə irəliləyirik. Bilirsiniz ki, mən bu vəzifəyə yeni gəlmişəm və hələ tam məlumatlı deyiləm deyə sizə də çox informasiya verə bilməyəcəm. Ancaq onu deyə bilərəm ki, hazırda əlimizdə olan proqramı biz Qurban Qurbanovla birgə işləmişik və onu bir yerdə hazırlamışıq. Mənim əvvəlki yerlərdəki işlərimlə müqayisə etsək, demək olar ki, eyni prosesdi, böyük dəyişiklik olduğunu deyə bilmərəm. Azərbaycanda uşaq futbolunun inkişafı göz önündədi. Son illər ölkənizdə bu sahədə xeyli təqdiralayiq addımlar atılıb və bunun nəticəsini də görmək mümkündü. Buna rəğmən, gənclər futbolunu daha da inkişaf etdirmək lazımdı. Hələ boşluqlar olan sahələr var. Mənim əsas məqsədim, akademiyanın durumunu əsas komanda ilə eyni səviyyəyə çatdırmaqdı. Bunu bacarsaq böyük iş görmüş olacağıq”.
İkinci dəfə “Qarabağ”a qayıdan mütəxəssis problemlərdən də bəhs etdi: “Düşünürəm ki, problemlər hər yerdə var, təbii ki, Avropanın inkişaf etmiş futbol ölkələrini çıxmaq şərti ilə. Azərbaycanda əsas “ağrılı” məsələ gənclərin çempionatlarının başlanma vaxtının çox gec olmasıdır. Yəni belə turnirlərin tez başlamasını daha uyğun hesab edirəm. Əsas komanda mövsümə başlayan zaman gənclərin də çempionatı start götürməlidi. Bu amil bizi bir qədər geri salır. Yəqin bunun da bir neçə səbəbləri var. Lakin daha çox səylə çalışmaq lazımdı, hazırda olan nəticə ilə kifayətlənmək olmaz. Hər zaman daha yüksək zirvələr üçün çalışıb-vuruşmalıyıq. Siz yəqin ki, “Qarabağ”ın Çempiolar Liqasındaki rəqibləri ilə bizim durumu müqayisə etmisiniz. Hələ ki, yalnız “Çelsi” ilə oynamışıq və ingilislərin nəyə qadir olduğunu gördük. Onların bazasında 32 stadion varsa, yəqin ki, Azərbaycanda ümumi o qədər stadion olar (gülür).

Təsəvvür edirsiniz, tək London klubunun akademiyası 32 yaşıl meydança ilə təmin edilib. Bu müasir dünya futbolunda çox vacib məqamlardan biridi. Stadionların sayının artması və infrastrukturun daima inkişaf etdirilməsi ən vacib məsələlərdən biridir. Problemlər var, biz bunu danmırıq, ancaq ən əsası tələsmək və zamanı qabaqlamaq lazım deyil. Düzgün işləmək və gələcək üçün düzgün planlar qurmaq, əhatəli şəkildə çalışmaq lazımdır. Yaxşı işin və çəkilən zəhmətin hər zaman bəhrəsini görmək mümkündür. Mən təcrübəmə əsaslanaraq onu deyə bilərəm ki, nəticə heç vaxt rahatlıqla və ən əsası tez bir zamanda qazanılmır. Bunun üçün düzgün işləmək və səbrli olmaq lazımdı. Yaxşı məşqçiləri axtarıb taparaq, komandaya cəlb etmək, bütün yaş qruplarını ciddi nəzarətdə saxlamaq vacib amildir. 
Kluba elə məşqçiləri işə götürmək lazımdı ki, təkcə böyük futbolu yox, həm də uşaq futbolunun fəlsəfəsini dərindən bilsin ki, gənclərə öyrətməyə zəngin materialı olsun. Bu sahədə çalışan məşqçilər uşaq psixologiyasını çox yaxşı bilməlidir. Bundan başqa, nəticənin tez olacağını gözləmək lazım deyil, çünki belə bir şeyi gözləsək, işlər “tərsinə” gedəcək və bizim çəkdiyimiz əziyyət boşa getmiş olacaq. Nəticəyə oynasaq, inkişaf olmayacaq, bunu birmənalı şəkildə bildirmək istəyirəm. Komandanı inkişaf etdirməliyik ki, nəticə də özü gəlsin. Burada çalışan bir neçə məşqçini tanıyıram. Onlarla əvvəllər də çalışmışam.

Hazırda onların işi ilə bağlı razılıq, ya da narazılıq edə bilmərəm. Ümumilikdə, bizə vaxt lazımdır, bir-birimizi daha yaxşı tanımalıyıq. Cəmi 20 gündür burdayam və tam dəqiq deyə bilmərəm hansı mütəxəssis yaxşıdır və yaxud hansı məşqçi bizim istədiklərimizi verə bilmir. Düşünürəm ki, artıq 3 aydan sonra hansısa qərarlar vermək olar. Əlbəttə, futbolda nəticə önəmli amildi. Amma hər bir komanda üçün ən vacib olan məqam futbolçu yetişdirməkdi. Əgər biz sistemi düzgün qurub, planlı şəkildə çalışsaq, nəticə də olacaq. Futbolda hər şey paraleldir, yaxşı proqramla işləyirsən, gənclər inkişaf edir, inkişaf edən gənclər komandaya yaxşı nəticələr qazandırır. Uşaq komandalarında oyun fəlsəfəsini müəyyən etmək lazımdı. “Qarabağ” cəmi 7 il çalışmaqla Çempionlar Liqası qrup mərhələsinə vəsiqə qazandı və mən deyərdim ki, bu çox qısa zamanda əldə olunan böyük uğurdur. Bəzi klublar da on illərlə çalışdıqdan sonra bu cür böyük uğura imza atırlar. Hazırki uğur Qurban Qurbanovun fəlsəfəsi, uzun müddət göstərdiyi stabil oyun və təcrübənin nəticəsidir.
Xristov onu düşündürən əsas problemi də dilə gətirdi:”Hazırda gənc futbolçularımızın stadion problemi var. İki stadionda məşq edirik. Aşağı yaş qrupu komandalarımız Tofiq Bəhramovda məşq edir, böyük qruplar isə “Azərsun Arena”da oynayırlar. Bu ciddi problemdi. Komandalarımız ayrı-ayrı yerlərdə məşq edir və oyun keçirir. Düşünürəm ki, bütün yaş qrupları bir bazada, eyni yerdə inkişaf etməlidi. Ümid edirəm ki, gələcəkdə bu problemin aradan qaldırılması üçün addımlar atılacaq”.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top