big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

LAYİHƏ: Boş qalan futbol “soyuducumuz” və Rəşadın “borcu”

05.09.2017 , 10:39

Korner.az və Sportfm.az saytlarının “Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?” layihəsi çərçivəsində on ikinci yazısı

Klublarımızın Lisenziyalaşdırma prosesində yerinə yetirməli olduqları meyarlardan biri – “Gənclər futbolunun inkişaf” proqramına həsr etdiyimiz layihə çərçivəsində ötən yazımızda “Sumqayıt”ın bu istiqamətdə gördüyü işlərə rəhbərlik edən Vaqif Paşayevlə söhbətimizin birinci hissəsini diqqətinizə çatdırmışdıq. Müsahibənin birinci hissəsində Vaqif bəy bu sahədə qarşılaşdıqları problemlərdən söz açmışdı. İkinci hissədə isə həmin problemlərin həlli yolları və digər məsələlərə toxunduq.

Qocaman çalışdırıcı deyir ki, problemlərdən danışdıqsa, onları müəyyən etdiksə, onları həllini də biz edə bilərik: “Biz məşqçilər valideynlərlə danışırıq, söhbətlər aparırıq. Onların suallarını cavablandırırq və nəyin necə olduğunu bildiyimiz çərçivədə izah etməyə çalışırıq. Əlbəttə, bu elə də asan proses deyil. Valideynlərdən əlavə, məşqçilərlə də danışırıq. Biz deməyinə deyirik, ancaq “kim necə qəbul edəcək?” sualı açıq qalır. Bu, artıq onların işidi. Bizim sözlərimizə əhəmiyyət verilməyəndə danışmağın da mənası qalmır. Belə çıxır ki, mən vaxtımı “öldürürəm”, onun isə heç mənə qulaq asmaq fikri də yoxdur. Bu həm məşqçiyə, həm də valideynə aiddir. Amma bizim sözümüzə qulaq asanda, həqiqətən, yaxşı nəticələr olur. Bizə də lazımdır ki, mütəxəssis və istedadlı uşaqlar çox olsun”. 
Paşayev uşaq-gənclər futbolunun içindədir və ölkəmizdəki real durumu ondan yaxşı bilən olmaz. Və təəssüf ki, o da etiraf edir, uşaq-gənclər futbolunda vəziyyətimiz heç də ürəkaçan deyil: “Hal-hazırda gənclər futbolunun durumundan danışsaq, görərik ki, boşluqlar var. Azərbaycan gənclər futbolunun durumunun daha yaxşı olmasını istəyərdim. Etiraf etmək lazımdır ki, vəziyyət o qədər də yaxşı deyil. Təkcə mən yox, bütün məşqçilər, hətta azarkeşlər də istəyərdi ki, daha yaxşı olaq. İldən-ilə güclü mütəxəssisə ehtiyac duyulur. İstedadlı, futbolu sevən, işində məsuliyyətli olan ailələrin övladlarına da ehtiyacımız var. Futbolçu belə yetişir. Bundan əlavə, yaxşı meydançalara ehtiyac var. Bunların hamısı kompleks şəkildə olmalıdır”.

“Heç bir ölkə ilə özümüzü müqayisə etməməliyik”
Problemləri sadalayan həmsöhbətimiz MDB ölkələri ilə müqayisə aparır və deyir ki, bizim onlardan üstünlüyümüz olmasa da, geri qaldığımız məqamlar var: “Bizim onlardan üstün olduğumuz yox, onlarla eyni olduğumuz məsələlər var. Çünki bəzi şeylərdə o qədər də fərq yoxdur. Ukrayna, Rusiya, Belarus futbolu güclüdür. Digər ölkələr bizim kimi, ya da bizdən aşağı ola bilərlər, ancaq dəqiq nəsə demək düzgün deyil. Çünki bu elə sahədir ki, ildən-ilə inkişaf tələb olunur. Belarus çempionu BATE uzunmüddət öncə Çempionlar Liqasının qrup mərhələsində debüt edib. Biz isə buna hələ indi nail olumuşuq. Bunu Ukrayna haqda da demək olar Rusiya haqda da. Heç adı bilinməyən ölkələr futbol oynamağı öyrənir. Amma, məsələn, Litva, Moldova, Latviya və Gürcüstanda futbol o qədər də inkişaf etməyib.

Bu baxımdan həmin ölkələrlə müqayisə düzgün deyil. Sadəcə hər bir qurum inkişafı özü təmin etməlidir. Onlar da bilirlər ki, futbolun timsalında bütün idman növləri yerində addımlayan sahə deyil. İnkişaf mütləq lazımdır. Əsasən özümüz haqda düşünməliyik, heç bir ölkə ilə özümüzü müqayisə etməməliyik. Kimsə qabaqdadırsa və ya geridədirsə, bu bizi maraqlandırmamalıdır. Öz üzərimizdə işləməliyik. Öz “soyuducumuza” baxmalıyıq ki, onu açanda nə görürük. Bu “soyuducu” boş olmamalıdır. Bizə özgənin “soyuducusu” maraqlı deyil. Öz “soyuducumuzdan” uşaqlarımıza nəsə verə bilirikmi?”

“Qiymət verilmədikcə, həvəsdən düşürəm”

Vaqif Paşayev uşaq-gənclər futbolunun və ümumiyyətlə futbolun inkişafı üçün federasiyaların təcrübəli çalışdırıcılarla mütəmadi görüşlər keçirməsinin, tövsiyələrini dinləməsinin labüdlüyünü xüsusi vurğulayır. Deyir ki, federasiyalar bütün problemləri olmasa da, bəzilərini bu yolla həll edə bilərlər: “Mənim şəxsi fikrimdir ki, mənim kimi yaşlı məşqçilərlə əlaqədə olmaq lazımdır. Belə məşqçilər yığıb söhbət etmək, qaranlıq qalan suallara aydınlıq gətirmək lazımdır. Məni heç vaxt çağırıb nəyisə soruşan, fikrimi öyrənən olmayıb. Ancaq təcrübəli mütəxəssislər öz təcrübələrini bölüşməlidi. Hər halda, biz cavanlardan daha çox görmüşük. Bizdən soruşmurlar, mən də heç nə demirəm. Yəqin hər şey əladır ki, fikir öyrənmək istəmirlər. Əvvəlki dövrdən uşaq futbolunda iki-üç məşqçi qalıbsa, onlardan biri də mənəm. Doğrudur, adam özündən danışmaz, bir az təvazökarlıqdan uzaq olsa da, bunu demək lazımdır. Mənim yetişdirdiyim Rəşad Sadıqova ruslar əfsanə deyir.

Mən futbol oyunlarına qonşu ölkənin televiziya kanallarından baxıram, onların şərhindən izləyirəm. Onlar Rəşad Sadıqov haqda “Azərbaycan futbolunun əfsanəsi” deyirlər, heç Banişevskiyə o söz deyilməyib. Bu böyük sözdür. Bəlkə də, Xalq artisti adı o sözdən aşağıda qalır. Bundan mən də fərəhlənirəm. Mənim də tanışlarım, dostlarım zəng edib deyirlər ki, sənin oyunçun haqda danışırlar, ona əfsanə deyirlər. O söz hər adama deyilmir. Mən yetişdirmişəm, mənim kimi hər məşqçi də belə oyunçu yetişdirsə, Prosineçki fikirləşməz, dərd etməz ki, mən milliyə kimi çağırım, kimə şans verim. Əslində, məşqçiləri də qınamıram.

Klubun direktoru onları işə götürməzdən əvvəl qarşılarına bir şərt qoyur: nəticə qazanmaq. Axı uşaq futbolu üçün nəticə önəmli deyil. Biz burada futbolçu yetişdiririk, buna görə də səhvləri görməliyik. Halbuki əksər rəhbər şəxslər məşqçiyə deyirlər ki, kim birinci yeri götürməsə, ərizəsini yazsın getsin. Bu düzgün deyil. Çünki belə məşqçilər Rəşad Sadıqov, Mahir Şükürov, Ceyhun Sultanovu yetişdirim deyə düşünmür. Onların əsas məqsədi nəticə qazanmaq olur. Fikirləşir ki, əsas odur, yer tutum, bəsimdir. Rəhbərlik bunu tələb etməməlidir. Belə olduqda çalıdşırıcı özü üçün işləyir. Bu gün Avropa təcrübəsində belə şey yoxdur. Onlar nəticə istəmirlər. Bir məşqçi 10 yaşında uşaq götürürsə, 10 il işləyirsə və onun futbolçusu millidə oynamırsa, o zaman həmin adam məşqçi deyil”. 

Ömrünün əsas hissəsini uşaq futbolumuzun inkişafına həsr etmiş Vaqif Paşayev bu gün haqlı olaraq diqqət gözləyir. Kimdənmi? Sizdən, bizdən və hamımızdan. Və onun söhbətimizin sonunda söylədiyi bu fikirlərdən hamımıza pay düşür: “Hər bir işə, zəhmətə qiymət verilməlidir. Məşqçilər qiymətləndirilməlidir. Bu sadə bir şeydir əslində, azca diqqət tələb edir, ancaq məşqçiləri daha da motivasiyalı edir. Niyə Rəşad Sadıqov mənə maşın almalıdır? Buna borcludurmu? Əlbəttə yox.

O sadəcə təşəkkür edib. Bu təşəkkürü AFFA niyə etmədi? Mən 12 il bu futbolçunu yetişdirmişəm, bir dəfə olsun bir nəfər gəlib deməyib ki, çox sağ olun, bu cür tapıntıya görə. Bir nəfər də gəlib soruşmayıb ki, Vaqif müəllim, necə edək ki, yenə belə oyunçu yetişdirək. Mənə qarşı da belə hərəkətləri görəndə həvəsdən düşürəm. Buna görə də, heç Bakıda da deyil, artıq yeddinci ildir ki, Sumqayıtda işləyirəm. Çünki buranın strategiyası mənim çox xoşuma gəlir. Dünyada hər bir işin, hər bir zəhmətin qiymətləndirilməsi olmalıdır. Rəşad mənə maşın almasaydı da, heç nə olmayacaqdı. O, mənə təşəkkür etdi, mən də ona. Mən onu yüksəltdim, o da mənim adımı yüksəltdi və Əməkdar məşqçi oldum. Rəşadın özünə də demişəm ki, mən bu adı onun sayəsində almışam. Bu işləri o etməməlidir, federasiya, klub etməlidir. Mən Rəşadla işləyəndə evə pul gətirmirdim, maaşsız işləyirdim. İndi isə bunun bəhrəsini görürəm. Ancaq mənə qiymət vermədilər”.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir


Son yazılar

To Top