Layihə

LAYİHƏ: “Hasar”a alınmış futbol

02.06.2017 , 12:31

Korner.az və Sportfm.az saytlarının "Futzal: mövcud durum və perspektiv üfüqləri" layihəsi çərçivəsində altıncı yazısı

Böyük futbolu ingilislər yaratsa, futzalın inkişaf edib indiki səviyyəyə çatmasında braziliyalıların rolu böyükdü. Futzalın futbol qədər dərin tarixi olmasa da, bu idman növünün də yaranması özündə bir neçə maraqlı faktı birləşdirir.

Futzal necə yarandı?

 

Картинки по запросу futsal history

İlk dəfə dünyada futzala bənzər oyunu XX əsrin 20-ci illərində Braziliyada oynayıblar. 1958-ci il də İsveçdə keçirilən futbol üzrə dünya çempionatında Avstriya yığmasının rəsmi nümayəndəsi Yuzef Arqayer təsadüfən braziliyalıların qapalı və kiçik zalda oyunun izləyib. Sonra o, zalda oynanılan futbola böyük maraq göstərib və öz ölkəsində futzal qarşılaşmalarını təşkil edib. Tezliklə, idmanın yeni növü Avropanın bir neçə ölkəsində, Hollandiya, İspaniya və İtaliyada yayılıb. Hollandiya öz ölkəsində ilk milli turniri təşkil edən ölkə olub. 1968-69-cu ildə keçirilmiş turnirdə qalib “Şaqara`66” komandası olub

70-ci illərin ortalarında artıq futzal müstəqil idman növü kimi inkişaf etməyə başlayır. 1974-cü il 19 iyunda Romada ilk beynəlxalq matç keçirilib. İtalyanlar liviyalıları 9:2 hesabı ilə məğlub edib. İlk dünya çempionatı prototipi Budapeştdə 1986-cı ildə keçirilib. 8 komanda arasında ən güclüsü Macarıstan olub. Onlar finalda Hollandiya yığmasını məğlub edib. 1989-cu ildə ilk rəsmi dünya çempionatı Hollandiyada keçirilib. Burada çempion Braziliya yığması olub.

Futzalın qaydaları

Картинки по запросу futsal rules

 

Matç uzunluğu 25-42 metr, eni isə 15-25 metr olan meydançada keçirilir. Beynəlxalq matçar üçün nəzərdə tutulan standart uzunluğu 38-42, eni 28-25 metrdi. Bir futzal qarşılaşması hərəsi 20 dəqiqə olmaqla iki hissədən ibarət olur. Top meydandan çıxanda və oyunda fasilə yarandıqda vaxt dayandırılır. Topun həcmi böyük futbolda oynanılan topdan kiçik olur. Meydanda iki komanda mübarizə aparır, hər komandada 4 oyunçu və bir qapıçı olur. Əvəzlənmə limitsizdi, futboldan fərqli olaraq istənilən sayda dəyişiklik etmək olar. Böyük ftubolda olduğu kimi məqsəd qol vurmaqdı və oyunçular əllərindən başqa bədənin bütün hissələri ilə topa toxuna bilər. Qapının hündürlüyü 2 eni isə 3 metr.

Futzalın bpyük futbolla n böyük fərqi isə taktikadı. Burada oyunçunun azlığı, oyunun sürəti taktikanı müəyyən edir. Futzal basketbol, həndbolun taktikalarına uyğundu. Futbolçular daha çox “birin birə” taktikası ilə oynayır. Yəni, hər futzalçı rəqib komandadan cəmi bir nəfərlə mübarizə aparır. Oyunçu sayının azlığı burada futboldan fərqli olaraq əsas məqamı yaradır: oyunçular eyni anda həm müdafiədə, həm də hücumda iştirak edə bilər. Bu hal futboldan futzala gəlın oyunçularda problem yarada bilir. Hücumçlar həmişə müdafiəyə köməyə gəlmir və rəqib hücumda olarkən say çoxluğuna görə üstünlüyə yiyələnir. Eynilə də, müdafiəçilər həmişə hüuma qoşulmurlar.

Futzal turnirləri – Dünya çempionatı

Futzalın ən prestijli turniri sayılan dünya çempionatı 4 ildən bir keçirilir. İlk dünya çempionatl 1989-cu ildə Hollandiyada keçirilib və qalib Braziliya olub. “Sambaçı”lar ardıcıl 2 il bu titulu qoruyub saxlaya bilib. 2000-ci ildə dünya çempionatında ilk dəfə İspaniya qalib olub və növbəti çempionatda da bu uğuru təkrarlayıb. İkinci dünya çempionatı 3 il fasilədən sonra keçirilib daha sonra standrt 4 illik fasilə elan olunub. Mükafatçılar isə bunlardı

1989-cu il Hollandiya mundialı

Картинки по запросу futsal 1989 world cup

İlk dünya çempionatında yarımfinala hedən yolda meydan sahibləri Hollandiya, Braziliya, ABŞ və Belçika yığmaları bütün rəqiblərini məğlub edib. Final vəsiqə qazanan braziliyalılar həlledici oyunda hollandları məğlub edərək çempion olub – 2:1. Üçüncülük matçında isə ABŞ Belçikanı əlavə vaxtda 3:2 hesablı qalibiyyətlə üstələyib.

1992-ci il Honqonk mundialı

Картинки по запросу futsal 1992 world cup

Sayca ikinci dünya çempionatında finalda Braziliya ABŞ-la, üçüncülük matçında İspaniya İranla qarşılaşıb. Braziliyalılar ardıcıl ikinci dəfə dünya çempionu tituluna yiyələnib. Onlar ABŞ-ı 4:1 hesabı ilə üstələyib. Üçüncü yerə isə ispanlar sahib çıxıb. Onlar İranla məhsuldar keçən qarşılaşmada 9:6 hesabı ilə qalib gəliblər

1996-cı il İspaniya mundialı

Картинки по запросу futsal 1996 spain world cup

İspaniyada keçirilən çempionada qalib yenə Braziliya olub və bu turnirdə də “sambaçı”lar meydan sahiblərini final matçında məğlub edib – 6:4. Üçüncülük matçında isə ukraynalılar ruslara uduzub – 3:2

2000-ci il Qvatemala mundialı

Картинки по запросу futsal 2000 guatemala world cup

Mərkəzi Amerikada yerləşən Qvatemalada keçirilən sayca dördüncü çempionatda ispanlar qalib olub. XXI əsrin ilk ilində 4 il öncəki final təkrarlanıb. Bu dəfə ispanlar Braziliya yığmasını üstələməyi bacarıb – 4:3. Üçüncülük matçında isə portuqallar Rusiya yığmasını 4:2 hesabı ilə üstələyib.

2004-cü il Tayvan mundialı

Картинки по запросу futsal 2004 тайвань world cup

Tayvanda keçirilən dünya çempionatının final mərhələsinə Braziliya yığması ilk dəfə vəsiqə qazana bilməyib. Həlledici görüş İspaniya və İtaliya yığmaları arasında olub. İspanlar 4 il əvvəlki titulunu qoruyub saxlamağı bacarıb – 2:1. Üçüncülük matçında isə braziliyalılar Argentinanı məğlub edib 7:4.

2008-ci il Braziliya mundialı

Картинки по запросу futsal 2008 brazil world cup

Sayca 6-cı dünya çempionatında Braziliya yığması çempion olub. “Sambaçı”lar bu mundialda da hegemonluğunu göstərib. Onlar final matçında tarix ərzində artıq üçüncü dəfə ispanlarla qarşılaşıb. Gərgin keçən oyunun əsas vaxtı bərabərliklə yekunlaşıb – 2:2. Penaltilərdə isə cənubi amerikalılar avropalıları məyus edib – 4:3. Üçüncü yeri İtaliya yığması layiq görülüb. Onlar həlledici qarşılaşmada Rusiyanı 2:1 hesabı ilə üstələyib.

2012-ci il Tayland mundialı

Картинки по запросу futsal 2012 thailand world cup

2012-ci il Tayland mundialında yenə ənənəvi final təkrarlanıb. İspanlar bu dəfə də “sambaçılar”a uduzub. Əlavə vaxta qədər uzanan matçda hesab 3:2 olub. Üçüncülük uğrunda matçda İtaliya yığması Kolumbiyanı məğlub edib – 3:0

2016-cı il Kolumbiya mundialı
Картинки по запросу futsal 2016 colombia world cup azerbaijan

Ötən il keçirilən mundial yığma komandamız üçün uğurlu alınıb Azərbaycan futzal yığması tarixi uğura imza atıb. F qrupunda mübarizə aparan komandamız İran, Mərakeş və İspaniya ilə mübarizə aparıb. Azərbaycan İspaniyaya məğlub olsa da, Mərakeşi üzərində qazandığı qələbə və İranla qarşılaşmada əldə etdiyi heç-heçə komandamızın qrupda çıxmağı təmin edib. 10 qol vurub 7 qol buraxan komandamız İranı 5 qolluq averajla üstələyib.

1/8 finalda Tailanda rəqib olan Azərbaycan komandası matçı inamla keçirib. Qarşılaşma məhsuldarlığı ilə yadda qalıb. Oyunda 22 qol vurulub ki, bunun 13-ü Taylandın, 9-u bizi qapıya vurulub. Beləliklə, yığmamız tarixdə ilk dəfə ¼ finala vəsiqə qazanıb.

Bu mərhələdə Portuqaliya ilə qarşılaşan komandamız son ana qədər mübarizə aparıb. Matç portuqaliyalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Ümumi turnirdə isə şimal qonşularımız – Rusiya uğurlu çıxış edib. Finala qədər inamla irəliləyən ruslar həlledici görüşdə Argentinaya uduzub – 5:4. Üçüncülük uğrunda matçda İran portuqalları məğlub edib. Əsas vaxt 2:2 olub və penaltilər 4:3 hesabı ilə yekunlaşıb.

Ötən ilə qədər Braziliya keçirilən 7 dünya çempionatının hamısında yarımfinala qədər gəlməyi bacarmışdı.

Ardı olacaq…

Qeyd: Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

Son yazılar

Yuxarı