Layihə

LAYİHƏ: 7 il öncə yazılmış tarix

29.06.2017 , 09:11

Korner.az və Sportfm.az saytlarının "Futzal: mövcud durum və perspektiv üfüqləri" layihəsi çərçivəsində on birinci yazısı

Картинки по запросу 2010 futsal team azerbaijan

2010-cu ilin yanvar ayı Azərbaycan idmanı üçün xüsusi qeyd olunacaq tarixdi. Bu ildə futzal üzrə milli komandamız tarixdə ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Təsnifat mərhələsini uğurla keçən yığma komandamız Avropaya özü haqda söz etdirməyi bacarıb. Azərbaycan yığması final mərhələsinə vəsiqə qazanmaqla artıq Avropanın ən güclü 12 ölkəsindən biri olmuşdu.

Debütant Azərbaycan

Azərbaycan yığması buna qədər Avropa arenasında 22 il öncə debüt etmişdi. İlk matç 1995-ci il oktyabr ayında Polşa yığmasına qarşı olmuşdu. Bu matçda 6-4 hesabı ilə qalib gəlmişdi. Komandamızın ən böyükhesablı qələbəsi Tiflisdə Qazaxıstan yığmasına qarşı oyunda olub – 14-2. Böyükhesablı məğlubiyyətimiz isə 1995-ci ildə Çexiya yığmasına qarşı oyunda qeydə alınıb – 2:10.

Azərbaycan futzal komandasının digər turnirlərdə statistikası belədi (2016 noyabr ayına nəzərən):


Azərbaycan futzal yığmasının bütün oyunları üçün statistikası belədi: 

Tunir

O

Q

H

M

VQ

BX

F

XAL

FIFA Dünya çempionatı

5

2

1

2

25

18

+7

7

Dünya çempionatı təsnifat

24

9

4

11

92

91

+1

31

AvropaÇempionatı

12

4

2

6

42

53

-11

14

AvropaÇempionatı təsnifat

28

14

7

7

103

73

+40

49

Digər turnirlər

24

19

2

3

108

48

+60

59

Yoldaşlıq matçları

36

17

8

11

105

90

+15

59

Ümumi

129

65

24

40

475

373

+102

219

 

Qədim hun torpağının "fatehləri"

2010-cu ildə keçirilən Avropa çempionatı ümumilikdə bir sıra rekordlarla yadda qalıb. Macarıstanda keçirilən turnirdə tarixdə ilk dəfə 8 yox 12 komanda final mərhələsinə vəsiqə qazanıb. Bundan başqa təsnifat mərhəlıəsində mübarizə aparan ölkələrin sayı da rekord rəqəm idi – 38 ölkə. Matçlar Macarıstanın iki ən baxımlı qapalı arenasında keçirilirdi – Budapeştə 12.500 nəfərlik tutumu olan Laslo Papp Arena və Debretsendə 8.500 nəfərlik tutumu olan Feniks Arena. Komandalar hər qrupda 3 ölkə olmaqla 4 qrupa bölünmüşdü. Qrup mərhələsində ilk iki yeri tutan yığmalar pley-off-a vəsiqə qazanırdı. Bundan sonra ½ final mərhələsi və sonda üçüncü yer uğrunda mübarizə və yekun final matçı. Turnirə təsnifat mərhələsinıə qatılmadan qoşulan meydan sahibi Macarıstan və son çempion İspaniya yığması idi. Azərbaycan yığması isə püşkatmadan sonra A qrupunda ev sahibi Macarıstan və Çexiya ilə mübarizə aparacaqdı.

 

Tarix yazan heyət

Komandamız ilk Avropa Çempionatı təcrübəsinə baxmayaraq, kifayət qədər iddialı heyətlə qatılmışdı. Azərbaycan yığması səfərə 11 futbolçu ilə yollanmışdı:

No:

FUTBOLÇU

1

Andrey Tveryankin

2

Rizvan Fərzəliyev

3

Felipo Rieryro dos Santos

4

Namiq Məmmədkərimov

5

Vitaliy Borisov

6

Biro Jade

7

Tyaqo Rodriqes

8

Serjao

9

Rəcəb Fərəczadə

10

Alves Ediqleuson

11

Sergey Çuykov

BM

Joze Aleysio da Silva

 

Turnirin gedişatı

Qeyd etdiyimiz kimi komandamız A qrupunda mübarizə aparıb. İlk qarşılaşma – turnirin açılış matçı Macarıstan – Azərbaycan. Bu matçda komandamız 3:1 hesabı ilə qalib gəlir. Azərbaycan heyətində Biro jade ilk dəqiqədə fərqlənir, bundan sonra rəqib 3-cü dəqiqə hesabı bərabərləşdirir. Bu qoldan sonra 13-cü dəqiqədə Serjao, 17-ci dəqiqədə Alves yekun hesabı müəyyən edir.

İkinci matçda Çexiya ilə qarşılaşan yığma komandamız yenə uğurla çıxış edir. Budapeştə keçirilən matç komandamızın açıq dominantlığı ilə davam edirdi. Biro Jade, Borisov və Serjaonun qolları ilə Azərbaycan ilk hissəni 3:0 hesablı üstünlüklə tamamlayır. İkinci hissədə Tyaqo hesabı 4:0 edir. Bundan sonra rəqib təsəlli qolunu vurur. Daha sonra Borisov və Biro Jade fərqlənməklə yekun hesabı müəyyən edir. Bununlada komandamız qatıldığı ilk Avropa çempipnatında pley-offa vəsiqə qazanır.

Beləliklə, pley-off mərhələsinə vəsiqə qazanan milli komandamız B qrupunun ikincisi olan Ukrayna yığmasına rəqib oldu. Pley-offun ilk matçı yanvarın 25-də Papp Laslo Arenada keçirilib. Qarşılaşma gərginliyi ilə yadda qalıb. İlk dəqiqədə ukraynalılar hesabı açıb. Rəqib komandanın heyətində Romanov fərqlənib. Lakin bu qoldan elə bir dəqiqə sonra Rizvan Fərzəliyev bərabərliyi rəsmiləşdirib. Daha sonra Çepornyuk 10-cu dəqiqədə ukraynalıları ikinci dəfə hesabda önə çıxarıb. Qoldan 7 dəqiqə sonra Tiaqo hesabı bərabərləşdirib – 2:2. Bu andan sonra matçın gərginliyi daha da artıb. Biro Jade 24-cü dəqiqədə hesabı milli komandamızı xeyrə dəyişib. Lakin komandamız üstünlüyünü qoruyub saxlaya bilməyib. Kondratyuk 33-cü dəqiqədə matçda vurulan qolların sayını 6 edib. Beləliklə, 3:3 hesablı bərabərliklə bitən matçda qalibi müəyyən etmək üçün penaltilər seriyasına müraciət edilib. Burada komandamız bütün cəhdlərdə uğurlu olub (4:2) və Azərbaycan yığması ilk dəfə qatıldığı Avropa çempionatında yarımfinala yüksəlir. Bununla da, Avropanın ən güclü 4 komandasından biri olur.

Artıq tarix yazan millimiz yarımfinalda Portuqaliya futzalçıları ilə qarşılaşacaqdı. Matç Debretsenin Feniks Arenasında keçirildi. Millimizin futbolçusu Tiaqo hesabı 7-ci dəqiqədə açıb. Qoldan cəmi iki dəqiqə sonra Kardinal hesabı bərabərləşdirib. Tam qüvvəsilə mübarizə aparan futzalçılarımız 17-ci dəqiqədə Felipenin qolu ilə yenidən irəli keçib. Lakin Joau Matuş qoldan 10 dəqiqə sonra hesabı bərabərləşdirib. Bu qolda bir dəqiqə sonra isə matçda iki qol vurulub. Millimizin heyətində Biro Jade, rəqibin heyətində isə Pedru Koşta fərqlənib. Beləliklə, bu matçda penaltilər seriyasına gedib. Serjao, Biro Jade və Fərzəliyev penaltiləri dəqiq yerinə yetirsə də, Tiaqo qol vura bilməyib. Portuqaliya yığması isə bütün cəhdləri qol çevirib. Bununla da, yığmamız finala vəsiqə qazana bilməyib.

Yanvarın 30-da yenə Feniks Arenada yığma komandamız qrup mərhələsində məğlub etdiyi Çexiya yığması ilə üçüncülükü matçı keçirdi. Qarşılaşmaya çexlər uğurlu başladı və ilk dəqiqədə Beleyin qolu ilə hesabı açdı. Bundan sonra 7-ci dəqiqədə Vitali Borisov hesabı bərabərləşdirdi. 18-ci dəqiqədə Serjao komandamızı hesabda irəli çıxarsa da, 23-cü dəqiqədə çexlərin üzvü Slama status-kvonu bərpa edib. 25-ci dəqiqədə Rizvan Fərzəliyev topu öz qapısından keçirdi. Novotni 35-ci dəqiqədə hesab arasındaki fərqi ikiyə yüksəltdi – 2:4. Bütün komanda ilə hücuma atılan yığmamız Fərəczadə ilə 3-cü qolu vurmağı bacardı. Lakin qrup mərhələsində məğlub etdiyimiz Çexiya futzalçıları 5-ci qolu da vurmaqla bürünc medala yiyələndilər.

11 gün davam edən turnirin qalibi İspaniya yığması, gümüş və bürünc medalçıları müvafiq olaraq İspaniya və Çexiya yığması oldu. Avropa Çempionatında 20 matç keçirildi və bu oyunlarda 127 qol vuruldu (hər oyuna təxminəm 6 qol). Komandamızın üzvü Biro Jade turnirin bombardiri oldu. O, ispaniyalı Xavi Rodriqes, portuqaliyalı Joel Keyruş və italiyalı Saad Asissi qabaqladı.

Tarixdə ilk dəfə qatıldığı Avropa Çempionatında milli komandamız böyük uğura imza atdı. Millimiz bu turnirdən sonra keçirilən bütün Avropa çempionatların vəsiqə qazanmağı bacarıb. 

 

"Qızıl buts" mükafatı

Biro Jade
Xavi Rodriqez
Xoel Queyros
Saad Assis

5 qol

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

 

Son yazılar

Yuxarı