Laviya yenidən zədələndi
06.11.2025 , 21:45
“Çelsi”nin baş məşqçisi Enzo Mareska yarımmüdafiəçi Romeo Laviyanın “Qarabağ”la Çempionlar Liqasının oyununda aldığı zədə barədə danışıb.
Korner.az xəbər verir ki, italiyalı çalışdırıcı futbolçunun matçın 8-ci dəqiqəsində meydanı tərk etməsinin çox üzücü olduğunu qeyd edib:
“Bu vəziyyət xüsusilə onun üçün çox ağırdır. Uzun müddət oynaya bilməyəcək. Hələ zədənin nə qədər ciddi olduğunu dəqiq bilmirik, amma ümid edirəm, vəziyyət düşündüyümüz qədər pis deyil”.
Qeyd edək ki, Laviya 2023-cü ildə “Sauthempton”dan “Çelsi”yə keçdikdən sonra artıq səkkizinci dəfə zədələnir. Bu müddətdə o, 495 gün meydana çıxa bilməyib və 77 matçı buraxıb.
Xatırladaq ki, Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda keçirilən “Qarabağ” – “Çelsi” oyunu 2:2 hesabı ilə başa çatıb.