PSJ futbolçusu Esekyel Lavezzi Çinin “Hebey Çayna Forçun” klubu ilə müqavilə imzalayıb.
Korner.az-ın məlumatına görə, müqavilənin müddəti barədə məlumat verilməyib.
31 yaşlı hücumçunun yeni klubunda illik 7 milyon avro maaş alması gözlənilir.
Qeyd edək ki, E.Lavezzi 2012-ci ildə “Napoli”dən PSJ-yə 29 milyon avroya transfer olunmuşdu.
