PSJ-nin futbolçusu Esekiel Lavezzi klubla olan müqavilə müddətini uzatmaq niyətindədi.
Korner.az-ın məlumatına görə, bu barədə fransız mətbuatı yazıb. Argentinalı hücumçu əsas heyətdə yer almasa da, PSJ-dən ayrılmaq fikrində deyil.
Qeyd edək ki, Lavezzi PSJ forması altında 78 oyuna çıxıb və 16 dəfə fərqlənib.
