Fransanın PSJ klubu argentinalı hücumçu Lavezzi ilə yollarını ayıracaq.
Korner.az-ın məlumatına görə, digər argentinalı Anhel Di Marianın Paris klubuna gələcəyi halda Lavezzinin klubdan gedəcəyi dəqiqdi. Təcrübəli cinah hücumçusu ilə bir neçə nəhəng klublar maraqlanır.
İngiltərənin “Liverpul” klubu futbolçu ilə daha yaxından maraqlanır. Brendan Rocersin komandası Lavezziyə görə PSJ-yə 23 milyon avro ödəməyə hazırdı. (The İndependent)
