“Liverpul” klubu əsas forvardı Luis Suaresi itirdikdən sonra hücumçu axtarışlarını fəal şəkildə davam etdirir.
Korner.az-ın məlumatına görə, Brendan Rocersin budəfəki hədəfi PSJ-də top qovan Lavezzidi. Xose Mourinyonun keçmiş köməkçisi argentinalıya görə 18 milyon avrosundan keçməyə hazırdı. Tərəflər arasında danışıqlara artıq başlanılıb. Təcrübəli hücumçunun özü də İngiltərədə oynamaq niyətindədi.