Latviya – Uels oyunu azərbaycanlı hakimlərə tapşırıldı
10.09.2023 , 13:55
FIFA referisi Rauf Cabarov təyinat alıb.
Korner.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 12-də keçiriləcək Latviya – Uels qarşılaşmasının baş hakimi olacaq.
Ona Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim İnqilab Məmmədov olacaq.