Latviya klubu azərbaycanlı futbolçuları sifariş etdi
06.03.2019 , 12:00

Latviyanın “Dauqavpils” klubu yeni mövsüm üçün iştirak ərizəsini müəyyənləşdirib.
Elita təmsilçisinin heyətində üç azərbaycanlı futbolçu yer alıb. “Dauqavpils” müdafiəçi Elvin Sərkərov, yarımmüdafiəçi Tural Bayramlı və hücumçu Vüqar Əsgərovu sifariş edib. Elvin 5, Tural 39, Vüqar isə 9 nömrəli formanı seçib.
Qeyd edək ki, Latviya çempionatı martın 9-da start götürəcək. “Dauqavpils” ilk turda “Metta”nı qəbul edəcək.
