İtaliyanın "Latsio" klubunun kapitanı Stefano Mauri həbs edilib. Korner.az-ın məlumatına görə, futbolçu Sinqapurun "Tan Seet Eng" beynəlxalq qanuni olmayan bəhs təşkilatlarının içərisində iştirak etməklə ittiham edilir.
Axşam saatlarında keçirilən əməliyyat nəticəsində "Cenoa"nın sabiq futbolçusu Omar Milanetto və Mauri daxil olmaqla 11 nəfər şübhəli şəxs qismində saxlanlıb.
