UEFA Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində öz meydanında "Fənərbağça2 ilə qarşılaşacaq "Latsio"nun futbolçuları oyun öncəsi iddialı açıqlamaları ilə diqqət çəkirlər.
Korner.az–ın məlumatına görə, Roma təmsilçisinin rumın futbolçusu Stefan Radu "sarı lacivərdlilər"ə 4-5 qol vura biləcək gücdə olduqlarını bildirib:
"Ciddi sözümdü, biz "Fənərbağça"ya 4-5 qol vura biləcək gücdəyik. Turu keçmək istəyiriksə ilk hissədə qol vurmalıyıq. Yarımfinala yüksəlmək üçün hesabı tez açmağımız şərtdi. "Fənərbağça"nı məğlub etməklə azarkeşlərimizi sevindirmək istəyirik. Onlarsız mübarizə aparacağıq. Ancaq "Latsio" böyük bir klubdu. Buna görə də, kuboku İtaliyaya gətirmək istəyirik".
