“Latsio”dan yeni transfer
27.07.2023 , 11:28

“Latsio” növbəti transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, A Seriyası təmsilçisi ABŞ-ın “Nyu-York Siti” klubunun argentinalı hücumçusu Valentin Kastelyanosu heyətinə qatıb.
24 yaşlı forvardla 5 illik müqavilə imzalanıb. İtaliya klubu bu transfer üçün MLS təmsilçisinə 15 milyon avro ödəyib.
