Mövsümün sonunda "Lion" komandası ilə müqaviləsi başa çatan Ederson özünə yeni iş yeri tapıb.
Korner.az-ın məlumatına görə, futbolçu "Latsio" komandasına transfer olub. O, İtaliya təmsilçisi ilə 5 illik müqavilə bağlayıb. Futbol karyerasına "İnternasional"da başlayan 26 yaşlı braziliyalı futbolçu, "NEX" və "Yuventus" kimi klubların şərəfini qoruyub.
"Lion"a keçdikdən sonra komandasının əvəzolunmaz futbolçularından birinə çevrilən Ederson 100-dən çox matça çıxıb.
