“Latsio”da qalacaq
22.04.2025 , 22:04

“Latsio” “Arsenal”dan icarəyə götürdüyü Nuno Tavareslə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, klub müdafiəçini komandada saxlamaq istəyir.
“Mavi-ağlar” futbolçunu 5 milyon avroya almaq variantını aktivləşdirməyə hazırdır.
2024-cü ildən “Latsio”da forma geyinən 25 yaşlı oyunçuya müddəti 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə təklif olunacaq.
