İtaliya kubokunda yarımfinal mərhələsinin bir cavab oyunu keçirilib.
Korner.az-ın məlumatına görə, "Latsio" səfərdə 1:1-lik heç-heçə etdiyi "Yuventus"u qonaq edib.
Qarşılaşma "qoca sinyora"nın məğlubiyyəti ilə yekunlaşıb – 1:2.
Meydan sahiblərindən Alvaro Qonsales 53-cü dəqiqədə hesabı açsa da, qonaqlar Arturo Vidalın qolu sayəsində bərabərliyi təmin edib. Son dəqiqədə isə Serjio Fiokkari “Latsio”ya qələbə qazandırıb.
Qeyd edək ki,"Yuventus" beləcə İtaliya kubokunun finalına çıxa bilməyib.
