“Latsio” – “Real Sosyedad” matçından əvvəl insident: Bıçaqlanan azarkeşlər var
23.01.2025 , 15:58

İtaliyanın paytaxtı Romada keçirilən “Latsio” – “Real Sosyedad” matçından əvvəl insident yaşanıb.
Korner.az xəbər verir ki, paytaxtın Monti məhəlləsində 80 nəfərlik qrup 70 nəfərlik ispaniyalı azarkeşə hücum edib.
İtaliya mətbuatında yayılan xəbərə görə, hücum edənlərin “Latsio” azarkeşləri olduğu vurğulanıb.
Hadisə zamanı “Real Sosyedad”ın 3 azarkeşi bıçaqla yaralanıb.
Hücum edənlərdən bəzilərinin şəxsiyyətinin müəyyən edildiyi və kamera görüntüləri əsasında araşdırmaların davam etdiyi bildirilib.
