“Latsio” paytaxtda inamlı qələbə qazandı – Video
04.11.2025 , 10:00
İtaliya A Seriyasında 10-cu turun oyunları başa çatıb.
Korner.az xəbər verir ki, turun son qarşılaşması Romada keçirilib. “Latsio” doğma meydanda “Kalyari”ni 2:0 hesabı ilə məğlub edib.
Bu nəticədən sonra paytaxt təmsilçisi xal sayını 15-ə yüksəldərək turnir cədvəlində 8-ci pilləyə qalxıb. “Kalyari” isə 9 xalla 14-cü sırada yer alıb.
“Latsio” – “Kalyari” 2:0
Qollar: Q. İsaksen (66), M. Zakkani (90+1)