“Latsio” onu birdəfəlik transfer etdi
17.03.2025 , 17:00
“Latsio” “Hatayspor”dan icarəyə götürdüyü Fisayo Dele-Başiru ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, İtaliya klubu nigeriyalı futbolçunu birdəfəlik transfer edəcək.
Türkiyə klubu 24 yaşlı futbolçunun keçidindən 3.4 milyon avro qazanıb.
O, bu mövsüm “Latsio”nun heyətində 24 matça çıxıb, 5 qol vurub, 2 məhsuldar ötürmə verib.
