“Latsio” “İnter”i kubokdan kənarlaşdırdı
01.02.2019 , 10:02

İtaliya kubokunda 1/4 finalın son oyunu keçirilib.
“İnter” “Latsio”nu qəbul edib. Matçın əsas vaxtı qolsuz bərabərliklə başa çatdığı üçün əlavə vaxt oynanılıb. Burada komandalar hərəyə bir qol vurub və qalib penaltilər seriyasında müəyyənləşib. Penaltiləri daha dəqiq yerinə yetirən “Latsio” (4:3) yarımfinala yüksəlib.
“İnter” – “Latsio” – 1:1 (penaltilər seriyası – 3:4)
Qollar: İmmobile, 108 (0:1), İkardi, 120+5 (1:1)
