“Latsio” Daniel Maldinini heyətinə qatdı
27.01.2026 , 21:25
İtaliya A Seriyası təmsilçisi “Latsio” heyətini gücləndirib.
Korner.az xəbər verir ki, Roma klubu “Atalanta”da çıxış edən Daniel Maldinini transfer edib.
24 yaşlı hücum yönümlü yarımmüdafiəçi paytaxt təmsilçisinə icarə əsasında keçib.
Tərəflər arasında imzalanan müqavilədə futbolçunun sonradan birdəfəlik alınması ilə bağlı bənd də yer alıb. Müəyyən göstəricilər yerinə yetiriləcəyi halda bu şərt məcburi olacaq.