İtaliyanın “Latsio” klubu Burak Yılmazı transfer etmək də çox israrlıdır.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Roma təmsilçisinin prezidenti Kladio Lotito “Sarı-Qırmızılılar”ın rəhbərliyi ilə danışıqlar aparmağa başlayıb.
“Latsio” türkiyəli hücumçunun transferi üçün son olaraq “Qalatasaray” rəhbərliyinə 17 milyon avro pul təklif edib. Lakin “Cimbom” rəhbərliyi futbolçu üçün ən az 20 milyon avro tələb edib.
