“Latsio” “Bavariya”nın forvardını transfer edir
13.01.2025 , 09:30

“Latsio” yeni transfer üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, İtaliya klubu “Bavariya”dan 19 yaşlı Arion İbrahimoviçi heyətinə cəlb etməyə hazırlaşır.
Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
“Latsio” gənc oyunçunu icarəyə götürəcək.
Forvard ötən mövsümü icarə əsasında İtaliyanın “Frozinone” klubunda keçirib.
O, bu mövsüm “Bavariya”nın heyətində 7 matçda iştirak edib və 2 qol vurub.
