Fransalı futbolçu Lassana Diaranın yeni klubunun adına aydınlıq gəlib.
Korner.az-ın məlumatına görə, “Journal du Dimanche”yə danışan oyunçu:
“Birləşmiş Ərəb Əmirliklərinin komandası “Əl-Cəzirə”yə gedəcəm. Mövsüm öncəsi komanda ilə birlikdə ABŞ-da təlim-məşq toplanışında olacam”.
Milli komanda barəsində də danışan Lassana: “Milliyə dəvət almağım çətin görünür. Lakin çağırsalar, məmnuniyyətlə gedərəm”.
Yarımmüdafiəçi son olaraq “Marsel” klubunda çıxış edib. Xatırladaq ki, mövsüm davam edərkən futbolçunun Fransa təmsilçisi ilə müqaviləsinə xitam verilmişdi.
