Laporta: “Messinin qayıdışı barədə danışmaq mənasızdır”
12.11.2025 , 23:41
“Barselona” klubunun prezidenti Xuan Laporta, Lionel Messinin yenidən Kataloniya təmsilçisinə qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Korner.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Laporta bu mövzuya artıq qapanmış məsələ kimi baxdığını deyib:
“Messi ilə münasibətlərimizdə hər şey istədiyimiz kimi alınmadı. Onun “Barselona”ya qayıdacağı barədə danışmaq artıq mənasızdır”.
Xatırladaq ki, argentinalı ulduz “Barselona”nın futbol akademiyasının yetirməsidir və 2005–2021-ci illər aralığında klubun əsas komandasında çıxış edib. Hazırda o, MLS təmsilçisi “İnter Mayami”də oynayır. Messinin bu klubla müqaviləsi 2028-ci ilin sonuna qədər qüvvədədir.