"Atletik Bilbao"nun müdafiəçisi Emerik Laport Real "Madrid"in maraq dairəsinə düşüb.
Korner.az-ın məlumatına görə, bask klubu 20 yaşlı futbolçuya görə "Real"la danışıqlar aparmaq niyyətində deyil. "Athletic" tərəfi Laportu yalnız 42 milyon avro qarşılığında buraxacaqlarını bildirib. Gənc müdafiəçi "Manchester United"in də diqqətini cəlb edib.
