Bu gün “Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədovun ad günüdür.
Korner.az-ın paytaxt klubunun saytına istinadən məlumatına görə, bu münasibətlə Hafiz Məmmədovə ünvanlanan təbriklərdən biri də Fransanın Lans şəhərindən gəlib.
“Lans” klubunun personalı, futbolçu və məşqçilər, sadə fransızlar Hafiz müəllimi özünəməxsus şəkildə təbrik edirlər. Hətta “Lans” fanatları bununla bağlı videomaterial hazırlayıblar.
