“Lans” bu gün Fransa çempionatında növbəti qələbəsini qazanıb.
Korner.az-ın məlumatına görə, azərbaycanlı iş adamı, “Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədovun himayədarlıq etdiyi klub öz meydanında “Şatoru”nu 2:0 hesabıyla məğlub edib.
Oyun əsnasında maraqlı hadisə də baş verib. Belə ki, “Feliks Bolar” stadionunu doldurmuş 40 min azarkeş matçı tribunadan izləyən Hafiz Məmmədovun şərəfinə “Hafiz! Hafiz!” şüarı səsləndirib.
Həmyerlimiz oyun bitdikdən sonra paltardəyişmə otağına gələrək qazanılmış qələbəyə görə futbolçulara təşəkkür edib.
