Fransa Liqa 1-də XIII turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, Hafiz Məmmədovun sahibi olduğu "Lans" doğma meydanda "Bordo"nu qəbul edib.
Matç "Lans"ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. "Bordo"nun heyətində 24-cü dəqiqədə Xəzri, 41-ci dəqiqədə isə Diabate fərqlənib, "Lans"da isə 74-cü dəqiqədə Tuzqar penaltidən komandasının yeganə qolunu vurub.
Qeyd edək ki, "Lans" 13 turdan sonra 11 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.
Lens 1-2 Bordeaux – All Goals – 08.11.2014 Strobner
