Lamin Yamal üçün əlamətdar oyun
10.04.2025 , 14:15

“Barselona”nın futbolçusu Lamin Yamal yeni rekorda imza atıb.
Korner.az xəbər verir ki, 17 yaşlı hücumçu buna ötən gecə “Borussiya”ya (Dortmund) qarşı keçirilən (4:0) matçda nail olub.
Belə ki, gənc oyunçu Çempionlar Liqasında 18 yaşına çatmamış 20 oyun keçirən ilk futbolçu olub.
İspaniyalı bu mövsüm bütün turnirlərdə 43 matça çıxıb, 14 qol vurub və 20 məhsuldar ötürmə verib.
